...

Meksikada avtobus dərəyə düşüb: ən azı 12 nəfər ölüb, 28 yaralanıb

Dünya xəbərləri Materials 28 Fevral 2016 18:01 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın şimalında Duranqo ştatında avtobusun dərəyə düşməsi nəticəsində ən azı 12 nəfər ölüb, 28 nəfər yaralanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə şənbədən bazar gününə keçən gecə baş verib.

Qeyd olunur ki, avtobus 45 metr dərinliyində dərəyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti