Bakı. Elçin Hüseynov - Trend:
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları martın 10-da müzakirəsiz uzadılacaq. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan 183 şəxsə şamil olunacaq.
Avropa İttifaqındakı diplomatik mənbədən bildirilib ki, sanksiyalar sentyabrın 15-ə kimi uzadılacaq.
Ümumi siyahıdan 37 nəfər hüquqi (məmur, biznesmen) şəxs hesab olunur. Sanksiyalara əsasən, şəxslərin bank hesabları dondurulur, Avropa İttifaqı ərazisinə səfərlər isə qadağan olunur.
Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan şəxslərə sanksiyalar artıq ikinci dəfə uzadılır.