...

Suriyadakı əməliyyat Rusiyaya 33 milyarda başa gəlib

Dünya xəbərləri Materials 17 Mart 2016 18:45 (UTC +04:00)
Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) Suriyadakı əməliyyatı Moskvaya 33 milyard rubla başa gəlib.
Suriyadakı əməliyyat Rusiyaya 33 milyarda başa gəlib

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) Suriyadakı əməliyyatı Moskvaya 33 milyard rubla başa gəlib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə RF Prezidenti Vladimir Putin bu gün Rusiya hərbi qulluqçuları ilə görüşdə bəyan edib.

Dövlət başçısı deyib ki, 33 milyard rubl əvvəlcədən Rusiya Müdafiə Nazirliyinin 2015-ci il büdcəsində ordunun təlim və hərbi hazırlığına xərclər kimi nəzərdə tutulmuşdu: "Biz qeyd olunan vəsaiti sadəcə Suriyadakı qruplaşmamızın təminatına yönəltdik".

V.Putin hesab edir ki, döyüş bacarığından döyüş zamanı istifadə etmək daha effektiv sayılır.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, Suriyadakı əməliyyatlardan sonra HKQ-nin hərbi ehtiyatlarının bərpası üçün əlavə vəsaitə ehtiyac olacaq.

Xatırladaq ki, Rusiya Prezidenti martın 15-dən ölkənin əsas HKQ qruplaşmasının 2015-ci ilin sentyabr ayından Suriyadan çıxarılmasını əmr edib. Qruplaşma 2015-ci ilin sentyabr ayından Suriyada müvəqqəti yerləşərək hərbi əməliyyatlar aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti