...

Keçmiş SSRİ Latviyaya 300 milyard avro ziyan vurub

Dünya xəbərləri Materials 21 Aprel 2016 16:09 (UTC +04:00)
Latviyanın Dövlət Komissiyası keçmiş SSRİ dövründə ölkəyə vurulan ziyanın məbləğini 185-dən 300 milyard avroya kimi artırıb.
Keçmiş SSRİ Latviyaya 300 milyard avro ziyan vurub

Bakı. Elçin Hüseynov - Trend:

Latviyanın Dövlət Komissiyası keçmiş SSRİ dövründə ölkəyə vurulan ziyanın məbləğini 185-dən 300 milyard avroya kimi artırıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə komissiyanın sədri Ruta Pazdere bildirib.

Sovet işğalından dəyən ziyanın hesablanması üzrə Dövlət Komissiyası Latviyada 11 il əvvəl yaradılıb. Daha əvvəl aparılmış hesablamalara əsasən, bu ölkəyə SSRİ-nin tərkibində olduğu zaman 185 milyard avro zərər deyib.

R.Pazdere qeyd edib ki, bu, yalnız iqtisadi ziyanın həcmidir. Bundan başqa, təbiətə, demoqrafiyaya və diqər sahələrə də ziyan deyib. Bununla da ziyanın ümumi dəyəri 300 milyard avronu ötür.

Komissiyanın sədri deyib ki, Latviya Rusiyadan zərərlərin qarşılığının ödənilməsini istəmir: "Biz və digərləri Rusiyadan kompensasiyalar tələb etsək, RF müflisləşər. Hesablamalar nəticəsində biz simvolik olaraq 1 avro məbləğində kompensasiya ödənilməsini tələb edə bilərik. Əsas odur ki, Rusiya öz tarixini səliqəyə salaraq, lazımi şeyləri etiraf etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti