...

KTMT bir sutka ərzində təhdidə cavab vermək iqtidarındadır

Dünya xəbərləri Materials 22 Aprel 2016 12:44 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələri sərhədləri hər hansı təhdidlə üzləşərsə, bir sutka ərzində cavab vermək iqtidarındadır.
KTMT bir sutka ərzində təhdidə cavab vermək iqtidarındadır

Bakı. Elçin Hüseynov - Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələri sərhədləri hər hansı təhdidlə üzləşərsə, bir sutka ərzində cavab vermək iqtidarındadır.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin vahid qərargah rəhbəri general-polkovnik Anatoli Sidorov bu gün Tacikistanda keçirilən "Axtarış 2016" hərbi kəşfiyyat dəstələrinin birgə təlimləri zamanı bildirib.

O deyib ki, üzv ölkələrin sərhədlərinə real təhlükə yaranansa və siyasi qərar qəbul edilsə, məsafədən asılı olmayaraq KTMT-nin ön mövqe qoşunları sutka ərzində lazımi kömək etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti