Bakı. Trend:
Avropa İttifaqının üzv ölkələrində mayın 20-dən siqaret qutularına qarşı yeni tələblər qüvvəyə minir.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, yeni qaydalara uyğun olaraq siqaret çəkməyin sağlamlıq üçün ziyanı haqqında xəbərdarlıq yazı və şəkilləri siqaret qutularının üz və arxa tərəflərində 65% yer tutacaq.
Ancaq qeyd olunur ki, belə qutularda olan siqaretlər satışa yalnız ənənəvi qutularda olan siqaretlərin mağazalardan yox olduğundan sonra buraxılacaq.
Ekspertlərin rəyinə görə, bu, təxminən, bir il çəkə bilər.