...

Yerevanda aksiya: "Rusiya ilə birgə HHM sistemi yaradılmasın!"

Dünya xəbərləri Materials 13 İyun 2016 12:04 (UTC +04:00)
Ermənistan Milli Yığıncağının binası qarşısında Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı aksiya keçirilir.
Yerevanda aksiya: "Rusiya ilə birgə HHM sistemi yaradılmasın!"

Bakı. Trend:

Ermənistan parlamentinin binası qarşısında Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin (HHM) yaradılmasına qarşı aksiya keçirilir.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları əllərində "Toprağı, havanı verməyəcəyik", "Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik", "Növbəti satqınlıq addımı" yazılmış plakatlar tutublar.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində keçiriləcək növbədənkənar sessiyada Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi də müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti