...

Çində şiddətli yağışlar: 13 ölü

Dünya xəbərləri Materials 16 İyun 2016 03:17 (UTC +04:00)
Çində şiddətli yağışlar nəticəsində 13 nəfər ölüb, daha 13 nəfər itkin düşüb.
Çində şiddətli yağışlar: 13 ölü

Bakı. Trend:

Çində şiddətli yağışlar nəticəsində 13 nəfər ölüb, daha 13 nəfər itkin düşüb.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata əsasən, yağışlar ölkənin bir neçə vilayətində daşqınlara səbəb olub.

Lun Huey dairəsində daşqınlar nəticəsində 530 ev dağılıb, 12 min nəfər təxliyə edilib.

Çuçjou şəhərində su anbarı daşıb, yerli sakinlər təxliyə olunur. Ölkənin cənub bölgəsində şiddətli yağıntılar səngimir.

Zərərçəkən rayonlara çadırlar, içməli su, müxtəlif ləvazimatlar göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti