...

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir - Türkiyənin baş naziri

Dünya xəbərləri Materials 15 İyul 2016 23:43 (UTC +04:00)
Ermənilər nə etsələrdə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalacaq
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir - Türkiyənin baş naziri

Bakı. Trend:

Ermənilər nə etsələrdə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada bildirib.

"Ermənilər nə etsələrdə, həqiqəti dəyişmək mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tərkibi hissəsidir", - deyə Türkiyənin baş naziri bildirib.

Onun sözlərinə görə, hər qarış Qarabağ torpağında Azərbaycan xalqının izi var.

"Mən istərdim ki, hamı bilsin ki, Azərbaycanın dostları - bizim dostlarımızdır və düşmənləri - Türkiyənin düşmənləridir", - deyə Yıldırım bildirib.

"Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalması ədalətsizdir. Qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar və bunun üçün biz Bakıya ən yüksək səviyyədə dəstək olacağıq", - deyə Yıldırım qeyd edib.

O vurğulayıb ki, Xocalıda ermənilərin törətdiyi cinayətlər unudula bilməz. "Xocalıda insanlığa qarşı dəhşətli cinayət törədilib", - deyə Türkiyənin baş naziri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti