...

Yerevanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

Dünya xəbərləri Materials 22 İyul 2016 23:57 (UTC +04:00)
Yerevanda etiraz aksiyasında təxminən 1500 nəfər iştirak edir
Yerevanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

Bakı. Trend:

Yerevanda etiraz aksiyasında təxminən 1500 nəfər iştirak edir.

Trend-in Tass-a istinadən verdiyi xəbərə görə, etiraz aksiyası ələ keçirilən polis bölməsinin yaxınlığında keçirilir.

Polis bölməsinə gedən yol bağlanıb.

Mitinqdə çıxış edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edib.

"Serj Sarkisyanın istefası fəaliyyətimizin ən mühüm məqsədlərindən biri olmalıdır", - deyə Nikol Paşinyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti