...

Silahlılar Yerevan polisinin daha bir maşınına od vurdular

Dünya xəbərləri Materials 26 İyul 2016 10:35 (UTC +04:00)
Yerevanda polis post patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.
Silahlılar Yerevan polisinin daha bir maşınına od vurdular

Bakı. Trend:

Yerevanda polis post patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan deyib.

O, "feysbuk" səhifəsində yazıb: "Samand" markalı daha bir post patrul xidməti avtomobili silahlılar tərəfindən yandırılıb".

Qeyd edək ki, iyulun 25-i gecə silahlılar polisə məxsus "Chevrolet" markalı avtobus və bir minik maşınını yandırıblar. Bundan əvvəl isə polisə məxsus "Qazel" markalı mikroavtobusa od vurmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti