Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərini müzakirə edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, V.Putin, həmçinin Təhlükəsizlik Şurasının daimi üzvlərini R.T.Ərdoğan və İsrailin Baş naziri Binyamin Netanyahu ilə bu yaxınlarda apardığı telefon danışıqları barədə məlumatlandırıb.