...

İranda neft müqavilələrinin bağlanmasına dair yeni qaydalar təsdiqlənib

Dünya xəbərləri Materials 3 Avqust 2016 15:33 (UTC +04:00)
Prezident Həsən Ruhaninin rəhbərliyi ilə keçirilmiş hökümətin iclasında İranda neft müqavilələrin bağlanmasına dair yeni qaydalar təsdiqlənib.
İranda neft müqavilələrinin bağlanmasına dair yeni qaydalar təsdiqlənib

Bakı. Elçin Hüseynov - Trend:

Prezident Həsən Ruhaninin rəhbərliyi ilə keçirilmiş hökümətin iclasında İranda neft müqavilələrin bağlanmasına dair yeni qaydalar təsdiqlənib. Bu barədə Trend İRNA-ya istinadən xəbər verir.

Yeni qaydalar İranın neft nazirliyi tərəfindən tərtib olunaraq, hökümətin müzakirəsinə çıxarılıb. Neft və qaz hasilatını tənzimləyən normativ aktlara 150 böyük və kiçik dəyişikliklər edilib, 11 mövcud sənədlərə 4 yeni maddə əlavə edilib.

Daha əvvəl İranın neft naziri Bijan Namdar Zəngənə deyib ki, yeni qaydalar neft və xarici şirkətlərin İranın neft və qaz yataqlarının mənimsəməsində tender şərtlərinin dəyişdirilməsini nəzərdə tutur: "Bu şərtlər İrana qarşı inamsızlığı aradan qaldıraraq ölkəyə sərmayələrin cəlb edilməsinə yardım edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti