...

Yaponiya əhalisinin 86,6 %-i imperator Akixitonu dəstəkləyəcək

Dünya xəbərləri Materials 9 Avqust 2016 17:15 (UTC +04:00)
Yaponiya əhalisinin 86,6 %-i imperator Akixitonun taxt-tacdan öz oğlu şahzadə Naruhitonun xeyrinə imtina qərarını dəstəkləyəcək.
Yaponiya əhalisinin 86,6 %-i imperator Akixitonu dəstəkləyəcək

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiya əhalisinin 86,6 %-i imperator Akixitonun taxt-tacdan öz oğlu şahzadə Naruhitonun xeyrinə imtina qərarını dəstəkləyəcək.

Trend "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə Yaponiyada keçirilmiş ümummilli sorğunun nəticələri göstərib.

Sorğunun nəticələrinə əsasən, 42,8% əhali hesab edir ki, imperatorun öz oğlunun xeyrinə taxt-tacdan imtinasını nəzərdə tutmayan qanunvericiliyin yenidən baxılması məsələsi diqqətlə öyrənilməlidir.

Eyni zamanda, 76% Yaponiya vətəndaşı hesab edir ki, belə qanun dəyişiklikləri yalnız Akixito yox, sonrakı imperatorlara da şamil olunmalıdır.

Xatırladaq ki, ötən gün Yaponiya imperatoru Akixito ölkə vətəndaşlarına videomüraciət edib. O, videomüraciətində bəyan edib ki, funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir. Dövlət televiziya kanalında yayımlanan müraciətdə 82 yaşlı imperator deyib: "Narahatam ki, Yaponiya millətinin və xalq birliyinin simvolu funksiyasını tam şəkildə icra etmək getdikcə mənə daha da çətinləşir".

Daha əvvəl Yaponiyanın "NHK" telekanalı xəbər verib ki, 82 yaşlı Akixitonun son vaxtlar səhhəti ilə bağlı problemləri var və bu səbəbdən bəzən ictimai tədbirlərdə iştirak edə bilmir. Onu belə tədbirlərdə böyük oğlu şahzadə Naruhito əvəz edir.

Qeyd edək ki, Yaponiya tarixində imperatorun sağ olarkan əvəz edilməsi presedenti olmayıb və bunu qüvvədə olan qanunvericilik nəzərdə tutmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti