Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Birləşmiş Millətlər Təşkilatında (BMT) yeni daimi nümayəndəsi təyin olunub. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, bu posta Türkiyə XİN-in keçmiş müşaviri Ferudin Sinirlioğlu avqustun 25-də təyin olunub.
Diplomat 2002-2007-ci illərdə Türkiyənin İsraildə səfiri olub. 2009-cu ildə isə Türkiyə XİN-də müşavir təyin edilib.