Bakı. Elçin Hüseynov - Trend:
Sankt-Peterburq dəniz limanının gömrükçüləri Ekvadordan gələn dondurulmuş balıq konteynerlərində 21 kiloqram kokain aşkarlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Rusiyanın Şimal-qərb gömrük idarəsinin məlumatında deyilir ki, Ekvadordan gələn transatlantik yük gəmisində "dondurulmuş balıq" konteyneri şübhə yaradıb. Nəzarət əməliyyatı zamanı konteynerin soyuducusunda 21 ədəd toz maddədən ibarət briket aşkarlanıb.
Analiz göstərib ki, müəyyən olunan toz 21 kiloqram kokaindir.