Bakı. Rufiz Hafizoğlu - Trend:
NATO-nun baş katibi Yens Stoltenberqin 8-9 sentyabrda Türkiyəyə səfəri zamanı Ankara və NATO Suriyanın şimalında İŞİD-dən təmizlənmiş bütün ərazilərdə hava məkanının bağlanması məsələsini müzakirə edə bilərlər.
Bunu Trend-ə Türkiyə Silahlı Qüvvələrindəki mənbə deyib.
Onun sözlərinə görə, Ankara və NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" hərbi əməliyyatının detallarını da müzakirə edəcəklər.