...

Türk general: Türkiyə Suriya məsələsində ABŞ-a təzyiq göstərməlidir (ÖZƏL)

Dünya xəbərləri Materials 6 Sentyabr 2016 15:52 (UTC +04:00)
Türkiyə YPG (kürd özünümüdafiə dəstələri) və PYD (Demokratik İttifaq) dəstələrinin Fəratın qərbindəki Mənbic şəhərini tərk etmələri üçün ABŞ-a təzyiq göstərməlidir.
Türk general: Türkiyə Suriya məsələsində ABŞ-a təzyiq göstərməlidir (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə YPG (kürd özünümüdafiə dəstələri) və PYD (Demokratik İttifaq) dəstələrinin Fəratın qərbindəki Mənbic şəhərini tərk etmələri üçün ABŞ-a təzyiq göstərməlidir.

Bunu Trend-ə Türkiyə ordusunun istefada olan general-leytenantı, milli təhlükəsizlik məsələləri üzrə ekspert Ermağan Kuloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə siyasi təzyiq rıçaqı qismində Afrin şəhərində PYD-yə qarşı yeni əməliyyatlara başlaya bilər.

Ekspert hesab edir ki, İŞİD-in Türkiyə sərhədində təhdidi aradan qaldırmaq üçün türk qoşunlarının Suriya ərazisinin 40 kilometr dərinliyinə irəliləməsini təmin etmək lazımdır: "İŞİD tərəfindən raket atəşinin qarşısını almaq məqsədilə Türkiyə Silahlı Qüvvələri əl-Bab şəhərini azad etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti