...

Ermənistanda yeni Baş nazir təyin edilib

Dünya xəbərləri Materials 8 Sentyabr 2016 21:29 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri Karen Karapetyanın Baş nazir postuna namizədliyini təsdiqləyib.

Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan məlumat verib.

Əvvəlki Baş nazir Ovik Abramyan bu gün hökumətin iclasında istefa qərarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti