...

PKK-ya qarşı əməliyyatlar: 417 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 10 Oktyabr 2016 10:40 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.
PKK-ya qarşı əməliyyatlar: 417 terrorçu məhv edilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.

Trend Baş Qərargaha istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK terror təşkilatının 417 üzvü məhv edilib, 88 hərbi qulluqçu ölüb.

Məlumatda qeyd olunur: "Avqustun 29-dan aparılan əməliyyatlar çərçivəsində PKK üzvü olan 537 terrorçu zərərsizləşdirilib. Onlardan 417-si məhv edilib, 61-i yaralanıb, 41-i təslim olub, 18-i isə tutulub. Əməliyyatlar zamanı 88 türk hərbçisi həlak olub, 152-si xəsarət alıb. Bundan başqa, terrorçulara məxsus külli miqdarda silah-sursat ələ keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti