...

Avropa Parlamenti Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dondurdu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 Noyabr 2016 15:32 (UTC +04:00)
Avropa Parlamenti (AP) Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərar qəbul edib.
Avropa Parlamenti Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dondurdu (YENİLƏNİB)

Ankara. Atilla Caner - Trend:

Avropa Parlamenti (AP) Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərar qəbul edib.

Trend-in məlumatına görə, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

Qərar tövsiyə xarakterlidir.

Ərdoğan: Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur

Ərdoğan: Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur

Qərarda qeyd olunur ki, Avropa Parlamenti Türkiyədə fövqəladə vəziyyət çərçivəsində görülən tədbirlərdən narahatdır.

Həmçinin bildirilir ki, Türkiyədə ölüm hökmü bərpa olunarsa, ölkənin Aİ-yə üzvlüyü prosesi tamamilə dayandırılacaq.

Bundan başqa, sənəddə Türkiyənin Aİ ilə viza rejiminin aradan qaldırılması üçün 72 zəruri şərtdən 7-ni yerinə yetirmədiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti