...

Rusiya qırıcısı Suriyadan salamat qayıdıb, Aralıq dənizində suya düşdü

Dünya xəbərləri Materials 5 Dekabr 2016 15:11 (UTC +04:00)
Rusiya qırıcısı Su-33 Aralıq dənizində qəzaya uğrayıb.
Rusiya qırıcısı Suriyadan salamat qayıdıb, Aralıq dənizində suya düşdü

Bakı. Trend:

Rusiya qırıcısı Su-33 Aralıq dənizində qəzaya uğrayıb. Trend-in məlumatına görə, TASS bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Suriya səmasında hərbi tapşırığı yerinə yetirib qayıdan qırıcı təyyarə aviadaşıyıcı "Admiral Kuznetsov" kreyserinə eniş edərkən trosun qopması nətcəsində suya düşüb.

Məlumatda hərbi təyyarəçinin heç bir xəsarət almaması bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti