Bakı. Trend:
ABŞ Suriyaya daha 200 əsgər göndərməyi planlaşdırır.
Trend amerika KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Eşton Karter bildirib.
Onun sözlərinə görə, ABŞ əsgərləri Rəqqada İŞİD-ə qarşı vuruşan yerli hərbi birləşmələrə təlim keçəcək. Suriyaya gələcək hərbçilər arasında partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər də olacaq.
Hazırda Suriyada 300 ABŞ hərbçisi var.