...

Səfir: Türk milləti terrorçuları əzib yox edəcək

Dünya xəbərləri Materials 15 Dekabr 2016 15:40 (UTC +04:00)
Terrorçular heç bir zaman məqsədlərinə çatmayacaqlar.
Səfir: Türk milləti terrorçuları əzib yox edəcək

Bakı. Orxan Quluzadə - Trend

Terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıdakı Türkiyə səfirliyində Beşiktaş terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimində deyib.

O qeyd edib ki, Türkiyə xalqı İstanbulda baş verən terrora görə olduqca kədərlidir:

"Amma kədərli olduğumuz qədər də terrora nifrət hissi ilə doluyuq. Heç kim düşünməsin ki, terrorla türk millətini qorxutmaq olar".

Diplomatın sözlərinə görə, Türkiyə terrorla sona qədər mübarizə aparmaqda qətiyyətlidir: "Adları nə olursa-olsun - PKK, İŞİD - fərqi yoxdur, türk milləti onları əzib yox edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti