...

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

Dünya xəbərləri Materials 20 Dekabr 2016 11:22 (UTC +04:00)
"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarının danışıb.
Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

Bakı. Trend:

"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarının danışıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Fotoqraf deyib: "Standart tədbir idi. Qara pencəkli şəxsin pistolet çıxardığını görəndə çaşdım, düşündüm, bəlkə bu, tədbirdə xüsusi səhnələşdirilmiş hissədir. Əslində isə soyuqqanlı qətl səhnəsi imiş".

Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri ölüb (VİDEO)

Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri ölüb (VİDEO)

Onun sözlərinə görə, zalda minimum 8 atəş atılıb.

Fotoqraf qeyd edib: "Qorxmuşdum, divarın arxasına keçib öz işimlə məşğul olmağa başladım, yəni şəkil çəkməklə".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti