Bakı. Trend:
Region ölkələrinə turneyə çıxan İran prezidenti Həsən Ruhani hazırda Qazaxıstanda səfərdədir. Trend bu barədə "IRNA" agentliyinə istinadən məlumat verir.
H.Ruhanini hava limanında Qazaxıstanın inkişaf və investisiyalar naziri, İranın Astanadakı səfiri qarşılayb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə isə Astanada Prezident Sarayında görüş olacaq.
İran prezidenti turnesinin əvvəlində Ermənistanda olub və prezident Serj Sarkisyanla görüşüb.