...

Qızıl meydanda Yeni il şənliyində olmaq istəyənlər bilet alacaq

Dünya xəbərləri Materials 22 Dekabr 2016 17:30 (UTC +04:00)
Qızıl Meydan Yeni il axşamı hamı üçün deyil, yalnız xüsusi dəvətnamələri olanlar üçün açıq olacaq.
Qızıl meydanda Yeni il şənliyində olmaq istəyənlər bilet alacaq

Bakı. Trend:

Qızıl Meydan Yeni il axşamı hamı üçün deyil, yalnız xüsusi dəvətnamələri olanlar üçün açıq olacaq. Trend-in məlumatına görə, Moskva Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov RİA Novosti-yə bu barədə məlumat verib.

Onun sözlərinə görə, meydanda bayram şənliyi zamanı çəkilişlər aparılacaq.

V.Çernikov deyib: "Qızıl Meydan Yeni il axşamı bağlı olacaq, ora yalnız xüsusi dəvətnamə-biletlərlə daxil olmaq mümkün olacaq. Həmin axşam meydanda çəkilişlər aparılacaq. Meydana giriş dekabrın 31-də saat 15:00-da bağlanacq. Girişin açılması yanvarın 1-də olacaq, lakin dəqiqi saat hələ məlum deyil".

Xəbər lenti

Xəbər lenti