...

"The Beatles" qrupunun ilk meneceri dünyasını dəyişib

Dünya xəbərləri Materials 31 Dekabr 2016 10:36 (UTC +04:00)
ABŞ-da "The Beatles" qrupunun ilk meneceri Alan Uilyams 86 yaşında dünyasını dəyişib
"The Beatles" qrupunun ilk meneceri dünyasını dəyişib

Bakı. Trend:

ABŞ-da "The Beatles" qrupunun ilk meneceri Alan Uilyams 86 yaşında dünyasını dəyişib.

Trend-in "BBC"yə istinadən verdiyi məlumata görə, Uilyams 1960-1961-ci illərdə "The Beatles" qrupunun meneceri işləyib. O, qrupun Britaniyada və Hamburqda baş tutan ilk iki konsertini təşkil edib.

1961-ci ildə Alan Uilyamsla "The Beatles" qrupunun yolları ayrılıb və 1962-ci ilin yanvar ayında qrup Brayan Epşteynlə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Alan Uilyams bu barədə hətta memuar yazıb: "Alan Uilyams: "The Beatles" qrupunu itirən adam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti