Bakı. Trend:
Qırğızıstanın “Manas” hava limanı yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, Qırğızıstan baş nazirinin müavini, qəza ilə bağlı yaradılmış hökumət komissiyasının rəhbəri Muhammetkalıy Abulqazıyev təyyarənin əlverişsiz hava şəraitində eniş həyata keçirdiyini bildirib.
Bununla belə, nazir müavini pilotların görünüş səviyyəsinin icazə verilən həddə olduğunu deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.