Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 06:32-də yayılıb)
Bakı. Trend:
Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, bundan əvvəl təyyarənin "Türk Hava Yolları"na məxsus olduğu bildirilirdi.
X X X
Bişkekdə "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
X X X
08:25
Bişkekdə "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi xəbər yayıb.
X X X
08:08
Qırğızıstanın paytaxtı Bişkekdə Honq Konqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində "Manas" hava limanının yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.
X X X
07:24
Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər dünyasını dəyişib.
Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir.
X X X
07:12
Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə "Türk Hava Yolları" şirkətinə məxsus olub.
Bu barədə Trend "Sputnik Qırğızıstan" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, təyyarə saat 07:25-də eniş etməli idi.
X X X
06:32
Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Bildirilir ki, Honq Konqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.
Qəza pis hava şəraiti səbəbindən baş verib.
Foto: "Hürriyyət" qəzeti
Video - HABERTÜRK