Bakı. Trend:
Meksikada pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ötən gün Mexikonun yaxınlığında yerləşən xəstəxanada partlayış nəticəsində yanıq xəsarətləri alan 70 yaşlı qadın dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 21-də Meksikanın Mexiko ştatının Tultepek şəhərində pirotexnika fabrikində partlayış baş vermişdi. Partlayış nəticəsində 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.