...

Türkiyə və Rusiyadan Trampa cavab

Dünya xəbərləri Materials 26 Yanvar 2017 13:29 (UTC +04:00)
"ABŞ təhlükəsiz bölgə yaratmağın nəticələrini də düşünməlidir".
Türkiyə və Rusiyadan Trampa cavab

Bakı. Trend:

Türkiyə Xarici İşləri Nazirliyi ABŞ Prezidenti Donald Trampın Suriyada təhlükəsiz bölgə yaradacağı ilə bağlı fikirlərinə münasibət bildirib.

Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Hüseyn Müftüoğlu Türkiyənin uzun müddətdir bunu bəyan etdiyini deyib: "Məsələ dəqiqləşincə, hadisələri izləyəcəyik".

Rəsmi Moskvadan da Trampın açıqlamasına reaksiya gəlib.

Kremldən bildiriblər ki, ABŞ təhlükəsiz bölgə yaratmağın nəticələrini də düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti