Bakı. Trend:
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəisi Mike Pompeo ilk xarici səfərini Türkiyəyə edəcək.
Trend-in məlumatına görə, keçən ay vəzifəsinin icrasına başlayan M.Pompeonun səfər çərçivəsində türk rəsmilərlə terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, M.Pompeonun ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən namizədliyi Senatda 32 səsə qarşı 66 səslə təsdiq olunmuşdu.