...

1,8 milyon britaniyalı Trampa: "Bura səfər etmə" dedi

Dünya xəbərləri Materials 14 Fevral 2017 12:56 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada hökumət başçısı Terza Mey ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinin ləğv edilməsi üçün aparılan petisiyanı formal şəkildə ləğv edib. Trend-in məlumatına görə, hökumət başçısı bəyan edib ki, Trampa ölkəyə səfər etməyə izn verilməlidir və onun səfərini səbirsizliklə gözləyirlər.

Hökumət bildirib ki, petisiyada qoyulmuş çoxsaylı imzaları anlayır, lakin petisiyanın dəstəkləmir.

Qeyd edək ki, həmin pertisiya fevralın 20-də Britaniya Parlamentində müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti