...

Türkiyədə 227 hakim və prokuror işdən azad edildi - Səbəb FETÖ

Dünya xəbərləri Materials 20 Fevral 2017 22:29 (UTC +04:00)
Türkiyədə 200-dən artıq hakim və prokuror işdən azad edilib.
Türkiyədə 227 hakim və prokuror işdən azad edildi - Səbəb FETÖ

Bakı. Trend:

Türkiyədə Fəthullah Gülən hərəkatı (FETÖ) ilə əlaqədə ittiham olunan daha 227 hakim və prokuror işdən azad edilib.

Trend-in məlumatına görə, məhkəmə sisteminin əməkdaşları ötən il iyul çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində işdən azad ediliblər.

Türkiyə Hakim və Prokurorlar Ali Şurasının sədr müavini Mehmet Yılmaz bildirib ki, ümumilikdə eyni iş və ittihamla bağlı 3886 hakim və prokuror işdən azad olunub.

Xəbər lenti

Xəbər lenti