Bakı. Trend:
Çinin şimalında Daxili Monqoliya muxtar rayonunda partlayış baş verib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, partlayış kimya zavodunda baş verib.
Partlayış nəticəsində azı 2 adamın öldüyü, daha 4 nəfərin xəsarət aldığı bildirilir.
Qəza nəticəsində kimyəvi məhsulun ətrafa sızması faktı qeydə alınmayıb. Partlayışın səbəbləri araşdırılır.