Bakı. Trend:
Almaniyalı turist Tailandın Pattaye kurort şəhərində doqquzuncu mərtəbədən yıxılıb və sağ qalıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 53 yaşlı kişi yaşadığı otelin damından yıxılıb. Hadisə nəticəsində almaniyalı turist qolunu sındırıb və bir neçə digər ciddi olmayan xəsarət alıb.
Polis hadisənin səbəblərini araşdırır.