...

Müşavir Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələləri açıqladı

Dünya xəbərləri Materials 27 Fevral 2017 11:29 (UTC +04:00)

Bakı. Trend:

Suriya münaqişəsinin həlli məsələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı əsas müzakirə mövzusu olacaq.

Trend-in məlumatına görə, bunu R.T.Ərdoğanın müşaviri İlnur Çevik deyib.

O bildirib: "Məlumdur ki, rəsmi Ankara və Moskva Suriyada atəşkəs rejiminin əldə olunmasına nail olub və görüş zamanı bu məsələnin detalları müzakirə olunacaq".

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidentinin Moskvaya səfirinin martın 9-10-da baş tutacağı açıqlanmışdı.

Xəbər lenti

Xəbər lenti