...

Əl-Qaidənin liderlərindən biri öldürülüb

Dünya xəbərləri Materials 2 Mart 2017 05:43 (UTC +04:00)
Suriya şimal-qərbində İdlib şəhərinin yaxınlığında ABŞ silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən buraxılmış raket nəticəsində Əl-Qaidə lideri Əbu al-Khayr əl-Məsri öldürülüb
Əl-Qaidənin liderlərindən biri öldürülüb

Bakı. Trend:

Suriya şimal-qərbində İdlib şəhərinin yaxınlığında ABŞ silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən buraxılmış raket nəticəsində Əl-Qaidə lideri Əbu al-Khayr əl-Məsri öldürülüb.

Trend-in Reuters agentliyinə istinadən veridiyi xəbərə görə, bu haqda anonim qalmaq istəyən dövlət rəsmisi məlumat verib.

Qeyd edək ki, 59 yaşlı əl-Məsri, Ayman az-Zavaxirinin başçılıq etdiyi qruplaşmada ikinci adam olub. Bildirilir ki, əl-Məsrinin arvadı Əl-Qaidəidənin keçmiş lideri Üsamə bin Ladenin qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti