...

Türkiyəli nazir: Dünya birliyi bu faşist hərəkətə reaksiya verməlidir

Dünya xəbərləri Materials 12 Mart 2017 15:17 (UTC +04:00)
Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kaya Niderland hakimiyyətinin onu ölkədən göndərmək qərarını pisləyib
Türkiyəli nazir: Dünya birliyi bu faşist hərəkətə reaksiya verməlidir

Bakı. Trend:

Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kaya Niderland hakimiyyətinin onu ölkədən göndərmək qərarını pisləyib.

Trend-in veridiyi məlumata görə, bu haqda nazir öz twitter səhifəsində yazıb.

Nazir bildirib: "Bütün demokratik və bəşəri dəyərləri pozaraq məni Niderlandın Neymeqen şəhərindən Almaniyaya göndərirlər. Türkiyənin bütün vətəndaşları adından bu qərarı pisləyirəm. Dünya birliyi bu faşist hərəkətə cavab olaraq reaksiya nümayiş etdirməlidir".

Xanım Kaya əlavə edib ki, qadın nazirə qarşı belə münasibət qətiyyən qəbuledilməzdir.

Xəbər lenti

Xəbər lenti