...

ABŞ Yəməndə "Əl-Qaidə"-nin 5 yaraqlısını məhv edib

Dünya xəbərləri Materials 29 Mart 2017 23:38
ABŞ hərbi pilotsuz uçuş aparatları Yəməndə "Əl-Qaidə Ərəbistan yarımadasında" qruplaşmasının beş yaraqlısını məhv edib
ABŞ Yəməndə "Əl-Qaidə"-nin 5 yaraqlısını məhv edib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ hərbi pilotsuz uçuş aparatları Yəməndə "Əl-Qaidə Ərəbistan yarımadasında" qruplaşmasının beş yaraqlısını məhv edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Frans Press agentliyi xəbər verib.

Məlumatda bildirilir ki, zərbələr Abyan əyalətində dörd terrorçunun olduğu ehtimal edilən avtomobilə endirilib.

Ölənlərin qruplaşma daxilində hansı vəzifədə olduqları haqda məlumat verilmir.

Qruplaşma "Əl-Qaidənin" dünyada ən fəal qollarından biridir və həm Yəmənin cənubunda törədilmiş terror aktları və həm də xaricdə hücumların planlaşdırması ilə tanınır. ABŞ pilotsuz aviasiyası son illərdə qruplaşmanın mövqelərinə müntəzəm zərbələr vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti