Bakı. Trend:
Dağıstanda zərərsizləşdirilən quldurlar arasında silahlı dəstənin başçısı İlyas Xəlilov da olub.
Trend-in məlumatına görə, bunu Rusiya Milli Antiterror Komitəsi təsdiq edib.
O, Talqi kəndinin iki sakininin qətli, Karamaxi kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd, terrorçuluq fəaliyyətini maliyyələşdirmək üçün sahibkarlardan hədələmə yolu ilə külli miqdarda pul almaq kimi cinayətlərdə ittiham olunurdu.
Xatırladaq ki, aprelin 11-nə keçən gecə Dağıstanın Kumtorkala rayonunda silahlı dəstə üzvləri zərərsizləşdirilib.