...

Təyyarədə sərnişini əqrəb sancıb

Dünya xəbərləri Materials 14 Aprel 2017 06:11 (UTC +04:00)
Xyustondan Kalqariyə uçan "United Airlines" aviaşirkətinin təyyarəsində sərnişini əqrəb sancıb
Təyyarədə sərnişini əqrəb sancıb

Bakı. Trend:

Xyustondan Kalqariyə uçan "United Airlines" aviaşirkətinin təyyarəsində sərnişini əqrəb sancıb.

Trend-in "CNBC"yə istinadən verdiyi məlumata görə, Riçard Bell adlı sərnişin yemək yediyi zaman baqaj rəfindən onun üzərinə əqrəb düşüb və sərnişinin barmağından sancıb. Heyət üzvləri gələcək təlimatlar almaq üçün dərhal həkim ilə əlaqə saxlayıblar.

"Tibbi heyət təyyarə Kalqaridə endikdən sonra sərnişinə lazımi kömək göstəriblər", - aviaşirkətin nümayəndəsi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti