...

BMT İnkişaf Proqramına yeni rəhbər təyin olunub

Dünya xəbərləri Materials 19 Aprel 2017 05:24 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş almaniyalı Akim Stayneri BMT İnkişaf Proqramının yeni administratoru təyin edib
BMT İnkişaf Proqramına yeni rəhbər təyin olunub

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş almaniyalı Akim Stayneri BMT İnkişaf Proqramının yeni administratoru təyin edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, Staynerin namizədliyi BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilməlidir.

Cüjarrik əlavə deib ki, Akim Stayner daha əvvəl BMT-də bir neçə yüksək vəzifədə çalışıb, o cümlədən Ətraf Mühit üzrə BMT Proqramının icraçı direktoru vəzifəsində (2006-2016). Bundan əlavə, o, Nayrobidə BMT-nin nümayəndəliyinə(2009-2011) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə rəhbərlik edib (2001-2006).

BMTİP-in administratorunun postunda 55 yaşlı Stayner 67 yaşlı Helen Klarkı əvəz edəcək.

Qeyd edək ki, BMTİP dünyanın 160-dan çox ölkəsində çalışır. BMTIP onlara əhalinin həyat səviyyəsinin yüksəldilməsində və sosial-iqtisadi proqramların həyata keçirilməsində yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti