Təfərrüatlar əlavə olunub (İlk xəbər 15:47-də yayımlanıb)
Bakı. Trend:
Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində təkrar torpaq sürüşməsinin baş verəcəyi təhlükəsi ilə əlaqədar 85 nəfər əyalətdən təhlükəsiz ərazilərə təxliyə olunacaq.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
x x x
Bu gün yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində güclü torpaq sürüşməsi olub.
Trend-in məlumatına görə, RİA Novosti Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 11 ev torpaq altında qalıb.
İlkin məlumatlara görə, torpaq altında qalan 4 ev boş olub. Bildirilir ki, torpaq altında 6 ailənin üzvləri qalıb, onların 9-u uşaqdır.
Verilən məlumatlara görə, torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub.
Rəsmi qurumlar torpaq sürüşməsinin təkrarlanmasını inkar etmirlər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.