Bakı. Trend:
Cənubi Meksikanın Qerrero ştatında müxtəlif yerlərdə 12 nəfərin cəsədi tapılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Qerrero ştatını son vaxtlar zorakılıq dalğası bürüyüb.
Belə ki, yerli polisin məlumatına görə, 7 nəfərin meyitinin Axuçitlan-del-Proqreso yaxınlığında gizli qəbirdən çıxarılıb.
Daha 2 nəfər Akapulko kurort şəhərində öldürülüb. Onların cəsədləri avtomobildə tapılıb.
Bundan başqa, 2 nəfər Çilpansinqo şəhərində bazarda öldürülüb.