...

SON DƏQİQƏ! Maldiv də Qətərdən üz çevirdi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 İyun 2017 13:10 (UTC +04:00)
Qətərlə diplomatik əlaqələri dayandıran dörd ərəb ölkəsinin ardınca Yəmən və Liviya da Qətərlə bütün əlaqələrin kəsilməsi barədə bəyan edib.
SON DƏQİQƏ! Maldiv də Qətərdən üz çevirdi (YENİLƏNİB)

İlk xəbər saat 12:36-da yayımlanıb

Bakı. Trend:

Qətərlə diplomatik əlaqələrin dayandırılması barədə daha bir ölkə bəyan edib. Trend-in məlumatına görə, bu, Maldiv adalarıdır.

X X X

Qətərlə diplomatik əlaqələri dayandıran dörd ərəb ölkəsinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn) ardınca Yəmən və Liviya da Qətəri terrorizmə dəstəkdə ittiham edərək, bütün əlaqələrin kəsilməsi barədə bəyan edib.

Trend-in məlumatına görə, xarici KİV-lərdə buna səbəb kimi Qətərin Yəməndə husilərə qarşı yaradılan beynəlxalq koalisiyadakı rolunun sona çatdığı açıqlanıb.

Rəsmi Sana isə Qətəri Yəmən ərazisində ekstremist qruplara dəstək verməkdə günahkar adlandırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti