...

Yəməndə qorxulu xəstəlikdən ölənlərin sayı 700-ə çatır

Dünya xəbərləri Materials 6 İyun 2017 20:48 (UTC +04:00)
Yəməndə tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir.
Yəməndə qorxulu xəstəlikdən ölənlərin sayı 700-ə çatır

Bakı. Trend:

Yəməndə tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir. Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib.

Belə ki, son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb ki, bunun da 681-i ölümlə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

Xəbər lenti

Xəbər lenti