...

Xomeyninin məqbərəsinə hücum edən şəxslər zərərsizləşdirilib: 1 ölü, 5 yaralı (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 7 İyun 2017 11:29 (UTC +04:00)
Tehranda Xomeyninin məqbərəsində bir nəfər özünü partladıb.
Xomeyninin məqbərəsinə hücum edən şəxslər zərərsizləşdirilib: 1 ölü, 5 yaralı (YENİLƏNİB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:58-də yayılıb)

Bakı. Trend:

Tehranda Xomeyninin məqbərəsinə hücum edən şəxslər zərərsizləşdirilib.

Trend-in məlumatına görə, silahlı şəxslərdən biri özünü partladıb, digəri təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən məhv edilib. Üçüncü silahlı isə yaralanıb.

Bundan başqa, məqbərənin yaxınlığında partlayıcı qurğunun zərərsizləşdirildiyi bildirilir.

X X X

10:58

Xomeyninin məqbərəsinə hücum edən üç nəfərdən ikisi saxlanılıb.

Trend-in məlumatına görə, yerli KİV-lər üçüncü şəxsin özünü partlatdığını bildirir.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

X X X

Tehranda Xomeyninin məqbərəsində bir nəfər özünü partladıb.

Trend-in məlumatına görə, bundan əvvəl bir neçə naməlum şəxsin məqbərədə atəş açdığı bildirilirdi.

Hadisə nəticəsində yaralıların da olduğu deyilir.

Xatırladaq ki, bundan əvvəl İran parlamentində atışma olub, 3 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti