...

Somalidə partlayış: 9 ölü

Dünya xəbərləri Materials 15 İyun 2017 01:01 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişonun mərkəzində, restoranların birinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb
Somalidə partlayış: 9 ölü

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişonun mərkəzində, restoranların birinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 9 nəfər həlak olub.

"Hazırda biz 9 nəfərin ölümünü təsdiq edə bilərik. Ölənlərin çoxusu qadınlar və uşaqlardır", - polis kapitanə Məhəmməd Hüseyn deyib.

Məlumata əsasən, partlayışa görə cavabdehliyi ölkə ərazisində fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti